
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri planlaşdırılır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə nazirin may ayında Yerevana səfər etmək niyyətində olub-olmaması sualına cavab verərkən deyib.
“Katiblik bu barədə müfəssəl məlumat verəcək”, – Zaxarova bildirib.







