
Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqda maraqlıdır.
Sputnik Gürcüstanın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili “İmedi” telekanalının efirində bildirib.
“Bu yaxınlarda bizim regionda Ermənistan və Azərbaycan arasında münaqişə yaranıb və biz münaqişənin sona çatmasında maraqlı tərəflərdən biriyik. Mən hər iki ölkənin hökumətlərinə münaqişəyə son qoymaq istəyinə görə təşəkkür etmək istərdim. Sülh və sabitlik region üçün həlledici əhəmiyyət kəsb edir və hər üç ölkə üçün imkanlar açır”, – Mixeil Kavelaşvili bildirib.







