BaşlıcaSiyasət

RF Prezidenti Putin Ermənistanın Baş naziri Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana onun 50 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Alınan məlumata görə, təbrik məktubu Kremlin rəsmi saytında dərc olunub.

Məktubda qeyd olunur:

“Hörmətli Nikol Vovayeviç,

50 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Rusiya və Ermənistanı tarixi olaraq dostluq münasibətləri birləşdirir. Əminəm ki, birgə səylərlə bu münasibətlərin bütün istiqamətlərdə daha da inkişafını təmin edə bilərik.

Bu, şübhəsiz, xalqlarımızın fundamental maraqlarına uyğundur və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmlənməsi istiqamətindədir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”.

Daha çox göstər
Back to top button