BaşlıcaSiyasət

Paşinyanla Putin arasında heç bir problem yoxdur։ Matviyenko

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan konstruktiv münasibətləri davam etdirirlər, onların arasınd heç bir problem yoxdur.

Bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Nikol Paşinyan dövlətimizin başçısına salamlarını çatdırdı və xüsusilə vurğuladı ki, hər hansı eyhamlara baxmayaraq, o və Vladimir Putin arasında həmişə konstruktiv, mənalı münasibətlər olub, var və onun prezidentlə münasibətlərində heç bir problem yoxdur”, – Matviyenko jurnalistlərə bildirib.

O vurğulayıb ki, Rusiya ilə Ermənistan arasında münasibətlər etimad böhranı yaşamır.

“Bilirsiniz, Rusiya ilə Ermənistan arasında etimad böhranı olduğuna dair geniş yayılmış ifadələr var. Məndə belə bir hiss yoxdur. Əksinə, bizim kimi Ermənistan da çoxşaxəli ikitərəfli əməkdaşlığımızın inkişafının genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirib”.

Daha çox göstər
Back to top button