
Hindistan 110 vətəndaşını Ermənistan vasitəsilə İrandan təxliyə edib
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Armenpress-ə bildirib.
ER Xarici İşlər Nazirliyinin sözçüsü bir müddət əvvəl bildirmişdi ki, Ermənistanın xarici işlər naziri və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar hindistanlı tələbələrin Ermənistan vasitəsilə İrandan təxliyəsi məsələsini müzakirə ediblər. O vurğulayıb ki, Ermənistan bununla bağlı Hindistana dəstək verəcək.







