Gürcüstanın daxili işlər naziri Erməni Soyqırımı Memorialını ziyarət edib

Gürcüstanın daxili işlər naziri Gela Geladzenin başçılıq etdiyi nümayəndə heyəti ER daxili işlər nazirinin müavini Armen Qazaryanın müşayiəti ilə iyunun 23-də Erməni Soyqırımı Memorialını ziyarət edib.
Qonaqları Erməni Soyqırımı Muzey-İnstitutunun muzey işləri üzrə direktor müavini Lusine Abramyan qarşılayıb. Armenpress-in Erməni Soyqırımı Muzey-İnstitutunun press-relizindən əldə etdiyi məlumata görə, direktor müavini memorialın yaranma tarixini təqdim edərək qonaqları Erməni Soyqırımı Memorialına qədər müşayiət edib.
O, həmçinin ötən əsrin sonlarında Sumqayıt, Kirovabad (Qandzak) və Bakı şəhərlərində Azərbaycan hökumətinin təşkil etdiyi qırğınların qurbanı olmuş ermənilərin xatirəsinə Tsitsernakaberd ərazisində quraşdırılmış üç xaçkara, Artsax müharibəsi zamanı Xatirə Divarı qarşısında dəfn edilmiş 5 azadlıq döyüşçüsü haqqında danışıb və baş verənlərlə Erməni Soyqırımı arasında əlaqəni vurğulayıb.
Hər iki ölkənin rəsmi şəxsləri Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra qonaqlar əbədi məşəl önünə gül dəstələri düzüb, günahsız Erməni Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Səfərə görə təşəkkürünü bildirən Erməni Soyqırımının Muzey-İnstitutunun direktor müavini Lusine Abrahamyan fəxri qonağa Erməni Soyqırımı haqqında kitablar hədiyyə edib.







