
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının qarşıdan gələn sessiyasında iştirak etməyəcək, RİA Novosti Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Ermənistanın xarici işlər naziri Mirzoyan iştirak etməyəcək”, nazirliyin nümayəndəsi jurnalistlərlə söhbətində bildirib.
Sessiyada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.







