BaşlıcaSiyasət

Tofiq Yaqublu həbsdən yazıb: “Azərbaycanda mətbuat azadlığı 150 il əvvəlkindən də pis vəziyyətdədir”

Hazırda həbsdə olan azərbaycanlı müxalif siyasətçi Tofiq Yaqublu Qarabağda Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş media forumunun keçirilməsinə münasibət bildirib. Onun müraciətinin mətnini siyasətçinin qızı Nigar Qazi öz Facebook səhifəsində dərc edib.

Tofiq Yaqublu müraciətində yazıb:

“Bu günlərdə milli mətbuatın yaranmasının 150 illiyi qeyd edildi. Mətbuatı məhv edib yerində prinsipsiz, yaltaq, qərəzli mətbuat yaradan, müstəqil media nümayəndələrini qaçaqmalçı adıyla şərlədib həbs etdirən İlham Əliyev heç nə olmamış kimi mətbuat günü münasibəti ilə jurnalistləri təbrik etdi. Mətbuatımız 150 il öncə necə idisə, indi ondan da pis vəziyyətdədir. Azad medianı nə qədər boğmağa çalışsalar da susdura bilmirlər. Hətta buna dəmir barmaqlıqlar belə əngəl yarada bilmir. Öz peşəsini satmayan, doğruları yazmaqdan qorxmayan bütün cəsarətli və əqidəli media mənsublarını təbrik edirəm. Həbsdə olan bütün jurnalistlərə azadlıq tələb edirəm!”

Daha çox göstər
Back to top button