
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT konfransı çərçivəsində Ermənistan Respublikası Prezidenti Vahaqn Xaçatryan ilə görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüş zamanı Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq, həmçinin regionda baş verən proseslər müzakirə olunub.
İrakli Kobaxidze Ermənistan Prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
Gürcüstan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, görüş zamanı Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq, həmçinin regionda baş verən proseslər müzakirə olunub.
“Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyəti vurğulandı. Baş nazir bu istiqamətdə Ermənistan və Azərbaycanın sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanatının mühüm irəliləyiş olduğunu qeyd edib.
İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqa dəstək verməyə və bununla da regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına hazır olduğunu bir daha təsdiqlədi.
Görüşdə həmçinin Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak edib” — deyə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.







