BaşlıcaEkonomika

İran Ermənistanla dəmiryolu əlaqəsi yaratmaq məsələsində maraq göstərib

Tehran Times agentliyi xəbər verir ki, İranın nəqliyyat nazirinin müavini, İran Dəmiryollarının rəhbəri Cəbərəli Zəkəriyə və onun erməni həmkarı (Cənubi Qafqaz Dəmiryolunun icraçı direktori Aleksey Melnikov – red.) dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüş Sankt-Peterburqda baş tutub.

Danışıqlar davamlı dəmiryolu nəqliyyatının yaradılması, yükdaşıma potensialının müəyyən edilməsi, yükdaşıyanların fəallaşdırılması və siyasi münaqişələrin həlli şərtilə Ermənistan vasitəsilə İranla Rusiya arasında dəmiryolu əlaqəsinin sadələşdirilməsi məsələlərini əhatə edib.

Bakı və  Yerevanın ilkin razılaşmasından sonra rəsmilər qeyd ediblər ki, memorandum Naxicevan vasitəsilə Qərb marşrutu üzrə Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin (BŞND) bərpasına kömək edə bilər.

Bu, uzun müddətlik fasilədən sonra İranla Rusiya arasında Ermənistan ərazisi ilə dəmiryolu əlaqəsinin bərpasına imkan yaradacaq.

Tərəflər yaxın gələcəkdə növbəti görüşü Tehranda keçirmək barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button