İctimaiyyət

Avropa İttifaqının 5 ölkəsi ruslar üçün viza məhdudiyyətindən imtina edir

Avropa İttifaqının beş ölkəsi Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin məhdudlaşdırılması təklifinə veto qoyub. Bu ölkələr Yunanıstan, İtaliya, İspaniya, Fransa və Macarıstandır. Bu barədə Meduza Pronews istinadən yazır.

Pronews qeyd edir ki, 2022-ci ildən bəri ilk dəfə AB-nin Rusiya ilə bağlı qərarını əngəlləyən Yunanıstan məsələsində Rusiyadan turist axını hələ də böyük olduğundan məhdudiyyətlər “fəlakət” olacaq.

Eyni zamanda, Kipr əhalisinin 10%-nin Rusiya pasportuna malik olmasına baxmayaraq, veto hüququndan istifadə etməyib.

2025-ci il sentyabrın əvvəlində İtaliyanın ANSA agentliyi bildirmişdi ki, Avropa Komissiyası Rusiyaya qarşı növbəti 19-cu sanksiyalar paketini hazırlayarkən, ruslar yayda Avropaya daha tez-tez daxil olmağa başladığı üçün viza verən orqanlar üçün daha sərt tövsiyələr təqdim etmək imkanını nəzərdən keçirir.

“Politico” öz növbəsində Aİ-nin Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketinin elan olunma tarixinin qeyri-müəyyən müddətə təxirə salındığını bildirib.

Qeyd edək ki, Aİ iyul ayında Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib.

Daha çox göstər
Back to top button