
Azərbaycanda saxlanılan ermənilərlə bağlı hər gün işləyirik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da jurnalistlərlə müsahibəsindəbildirib.
O, əmin edib ki, hakimiyyət konkret həll yollarına nail olmaq üçün hər cür səy göstərir.
“Bu nəticələr əldə olunmayana qədər mən onları elan etməyəcəyəm”.
Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti ilə təmaslar dövri xarakter daşıyır.
Baş nazir əlavə edib ki, konkret nəticələr olarsa, o da hesabat verəcək.







