
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D.Vens həyat yoldaşı ilə birlikdə Qüdsdəki Müqəddəs Dirilmə Katedralini və kafedralın erməni bölməsini ziyarət edib.
“Armenpress”in məlumatına görə, bu barədə Qüds Erməni Patriarxlığının nəzarətçisi yepiskop Koryun Bağdasaryan öz Facebook səhifəsində yazıb.
“Bu gün Qüds Erməni Patriarxı adından ABŞ-ın vitse-prezidenti J.D.Vens və onun həyat yoldaşını Müqəddəs Dirilmə Katedralində salamlamaq və erməni bölməsində Erməni Kilsəsi və Yerusəlim Erməni Patriarxlığı haqqında qısa məlumat təqdim etmək şərəfinə nail oldum”, o yazıb.







