Başlıcaİctimaiyyət

Jurnalistika Araşdırmaları üzrə Qlobal Konfransda həbsdə olan 25 azərbaycanlı jurnalistin adı təqdim olunub

Malayziyanın paytaxtı Kuala Lumpurda Qlobal Araşdırma Jurnalistika Konfransı (GIJC) keçirilib. Meydan TV-nin məlumatına görə, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) tədbirdə dünyanın müxtəlif yerlərində həbsdə olan jurnalistlərin adlarını əks etdirən stend təşkil edib.

“Jurnalistika cinayət deyil” şüarı ilə təqdim edilən siyahıda həbsdə olan 25 azərbaycanlı jurnalistin də adı yer alıb.

GIJC araşdırma jurnalistikası sahəsində ən böyük beynəlxalq forum hesab olunur. O, 91 ölkədən 250 media orqanını birləşdirən, sənayenin əsas beynəlxalq təşkilatı olan Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi (GIJN) tərəfindən təşkil olunur.

Qlobal Araşdırmaçı Jurnalistika Konfransı iki ildən bir keçirilir. İlk konfrans 2001-ci ildə Danimarkanın Kopenhagen şəhərində keçirilmişdir.

Daha çox göstər
Back to top button