BaşlıcaSiyasət

ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib

ABŞ-ın Tbilisidəki səfiri Alan Pursel Gürcüstanın maliyyə naziri Laşa Xutişvili ilə görüşüb. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, digər məsələlərlə yanaşı, ikitərəfli iqtisadi əlaqələr, Gürcüstanın iqtisadi inkişafı, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları müzakirə olunub.

Gürcüstanın “Trampın Beynəlxalq Sülh və Rifah Yolu”na (TRIPP) necə dəstək verə biləcəyi məsələsinə də toxunulub.

Daha çox göstər
Back to top button