Başlıcaİctimaiyyət
“Fly one Armenia” İspaniyanın Alikante şəhərinə uçuşlar həyata keçirəcək

“Fly one Armenia” aviaşirkəti Yerevan-Alikante-Yerevan marşrutu üzrə uçuşlara başlayacaq. Bu barədə “Zvartnots” beynəlxalq hava limanından məlumat verilib. Aviaşirkət 4 iyun 2026-cı il tarixindən etibarən İspaniyanın Alikante şəhərinə uçuşlara başlayacaq.
Uçuşlar həftədə 2 reys tezliyi ilə hər cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Xatırladaq ki, aprelin 3-dən “Fly one Armenia” aviaşirkəti Yerevan-Vyana-Yerevan marşrutu üzrə uçuşlar həyata keçirəcək.







