BaşlıcaSiyasət

İranda etiraz aksiyaları. Hakimiyyət təzyiqləri artırır, nümayişçilər isə müqavimət göstərir

İranda nümayişçilər repressiyalara baxmayaraq küçələrə çıxmağa davam edir.

BBC, xəstəxanaların tibbi işçilərinə istinad edərək bildirib ki, onlar son iki gün ərzində 100-dən çox insanın cəsədini qəbul ediblər.

Şahidlərin ifadələri və BBC tərəfindən təsdiqlənən videolar göstərir ki, hakimiyyət daha sərt üsullardan istifadə edir.

İran hakimiyyəti artıq bir neçə gündür ölkədə interneti kəsib.

Şənbə axşamı nümayişçilər Tehranın Gişa rayonunun küçələrini “basıb”. Nümayişçilər və təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar İranın ikinci ən böyük şəhəri Məşhəddə də qeydə alınıb.

Son günlərdə müdaxilə ilə hədələyən ABŞ Prezidenti Donald Tramp şənbə günü sosial şəbəkələrdə yazıb:

“İran azadlıq üçün çox əzab çəkir, bəlkə də heç vaxt olmadığı qədər. ABŞ kömək etməyə hazırdır”.

Daha çox göstər
Back to top button