
22 yanvar tarixində 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş Sülh Sammitində qəbul edilmiş razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ikinci görüşü baş tutub.
Bu barədə XİN-dən məlumat verilib.
Ermənistanın Xİ nazirinin müavini Vahan Kostanyan və ABŞ Dövlət katibinin müavini Sonata Koulter həmin gün Davosda keçirilmiş təntənəli mərasimdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Sülh Şurasının yaradılmasını və quruma Ermənistanın təsisçi üzv kimi qoşulmasını salamlayıblar.
Hər iki tərəf Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı istiqamətində əldə edilən irəliləyişi məmnunluqla qeyd edib və başqa bir əhəmiyyətli nailiyyət kimi “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” (TRIPPP) layihəsinin Ermənistan-ABŞ həyata keçirmə çərçivəsinin qəbulu xüsusi vurğulanıb.
İşçi qrupu iqtisadi əməkdaşlıq, energetika, yüksək texnologiyalar və digər sahələrdə gündəlik mövzulara toxunaraq, gələcək işlər üçün planları müəyyən edib.







