Ermənistan Atom elektrik stansiyası təmir ediləcək

Aprel ayında Ermənistan Atom elektrik stansiyası beş ay müddətinə ölkənin elektrik şəbəkəsindən ayrılacaq. Bu barədə Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan 3 fevralda jurnalistlərlə görüşündə bildirib.
O, enerji sisteminin digər güclərinin hesabına heç bir problem yaranmayacağına əminlik verib. Nazir günəş elektrik stansiyalarının ümumi gücünün 1100 MVt olduğunu, yəni ümumi gücün 15%-dən bir qədər az olduğunu aydınlaşdırıb.
Nazir həmçinin əlavə edib ki, enerji sektorunda İranla əla əməkdaşlıq qurulub. “2025-ci ildə biz elektrik enerjisi ilə davamlı şəkildə təchiz edirik və oradan qaz alırıq. Ermənistanla İran arasında üçüncü yüksək gərginlikli xəttin tikintisi 85% başa çatıb”, – Xudatyan əlavə edib və ümid edir ki, tikinti 2026-cı ildə başa çatacaq və bu da İrana elektrik enerjisi tədarükünün artırılmasına imkan verəcək.







