BaşlıcaEkonomika

2025-ci ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 38%-dən çox azalıb

2025-ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən 7,7 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə təxminən 38,3% azalma deməkdir.

Bu barədə hökumətin 2025-ci il üzrə proqramının icrası və nəticələrinə dair hesabatına istinadən məlumat yayıb.

Rusiya ilə bağlı bölmədə xüsusilə qeyd olunur: “2025-ci il ərzində Rusiya Federasiyası ilə ali və yüksək səviyyələrdə dialoq davam etdirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında 4 görüş və 5 telefon danışığı baş tutub.

Ermənistanın Baş naziri Moskvada Böyük Vətən müharibəsində Qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edib. 2025-ci il iyulun 24-də Təbiətin və ətraf mühitin mühafizəsinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində Altay Respublikasında Ermənistanın Baş naziri ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib”.

Daha çox göstər
Back to top button