BaşlıcaSiyasət

XİN: “Ermənistan hələlik Avropa Birliyinə üzvlük prosesinə başlamağa hazır deyil”

Ermənistan hələlik Avropa Birliyinə üzvlük prosesinə başlamağa hazır deyil.

 Bu barədə martın 23-də Parlanentin Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyasının iclasında, Ermənistan Respublikasının hökumət proqramının (2021–2026-cı illər) 2025-ci il üzrə icrasının gedişi və nəticələri haqqında hesabatın təqdimatı zamanı Xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Onun sözlərinə görə, “Avropa Birliyinə üzvlük prosesinə başlamaq haqqında” qanunun qəbul edilməsinə baxmayaraq, hazırda iş əsasən müxtəlif proqramların və islahatların həyata keçirilməsinə yönəlib və onların nəticələrinə əsasən respublika Avropa İttifaqının standartlarına uyğunlaşmağa başlamalıdır.

“Ölkə Avropa standartlarına uyğunlaşmağa başladığı anda, bu məsələ ilə bağlı siyasi qərar qəbul ediləcək. Bu mərhələdə belə bir qərar yoxdur” — deyərək Kostanyan qeyd edib.

Daha çox göstər
Back to top button