BaşlıcaSiyasət

Yalnız Ermənistan AİB-dən çıxmaq qərarına gələ bilər: Paşinyan

Yalnız Ermənistan Avrasiya İqtisadi Birliyində Ermənistanın statusu məsələsini müzakirə edə bilər. Armenpress-in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.

Ermənistanın AİB-ə üzvlüyü mövzusuna toxunan Paşinyan qeyd edib ki, birliyin qaydalarına əsasən, üzv dövlətdən çıxmaq qərarını yalnız həmin dövlət verə bilər.

“AİB-in qaydalarına əsasən AİB-də status məsələsini yalnız Ermənistan müzakirə edə bilər. Yalnız AİB üzvü çıxmaq qərarına gələ bilər, başqa proses yoxdur. Biz istənilən məsələni müzakirə edə bilərik və güman edirəm ki, tərəfdaşlarımızın sualları ola bilər və biz bütün suallara səbirlə cavab verəcəyik”, – deyə Baş nazir bildirib.

Daha əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib ki, 29 mayda Astanada keçiriləcək AİB Ali Şurasının iclasında üzv dövlətlərin başçıları Ermənistanın ittifaqdakı statusu məsələsini müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button