BaşlıcaSiyasət

Peskov:“Moskva Ermənistanın rus əleyhinə ritorika ilə məşğul olmayacağı barədə bəyanatlar eşidib”

Moskva Ermənistanın rus əleyhinə ritorika ilə məşğul olmayacağı barədə bəyanatlar eşidib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Mayın 26-da Ermənistanda ABŞ dövlət katibi Marko Rubionun səfərini gözləyirlər. Jurnalistlər görüş zamanı guya rus əleyhinə bəyanatlar səsləndirilə biləcəyini ehtimal ediblər və bu əlaqədar Kremldə belə təcrübəyə necə münasibət göstərdiklərini Peskovdan soruşublar.

“Son günlər biz həm Paşinyandan, həm də Ermənistanın xarici işlər nazirindən Ermənistanın rus əleyhinə ritorika ilə məşğul olmayacağı barədə bəyanatlar eşitdik.

Biz bu bəyanatları eşitmişik” – deyə Peskov jurnalistlərə bildirib.

Daha çox göstər
Back to top button