BaşlıcaSiyasət

XİN: “Ermənistan Rusiya ilə birlikdə Gümrü-Kars dəmir yolunun tikintisini başa çatdırmağa hazırdır”

Gümrü-Kars dəmir yolunun çatışmayan hissəsini tikmək lazımdır. Bu barədə jurnalistlərlə söhbətində məzuniyyətdə olan Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O, hazırda rus həmkarları ilə dialoq apardığını bildirib.

“Əgər bu hissəni birlikdə başa çatdırmaq mümkün olsa, biz bu yolla gedəcəyik, əgər yoxsa, başqa həll yolu tapacağıq. Lakin bu məsələ həll edilməlidir” – deyə Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Qərb-Şərq yeni mal axınında alternativ halqa olmaq üçün tarixi imkana malikdir. “Bu hərəkət bu və ya digər şəkildə olacaq.

Bizim əsas qovşağa çevrilmək üçün tarixi imkanımız var.Biz bu imkanı əldən verməyəcəyik, bunu əldən vermək olmaz, ona görə də bu məsələ həll edilməlidir”, – deyə o əlavə edib.

Daha çox göstər
Back to top button