BaşlıcaEkonomika

Ermənistan əriyi Polşaya çatacaq

Ermənistan öz xarici iqtisadi əlaqələrini diversifikasiya etməyə və erməni məhsulları üçün xaricdə yeni satış bazarları tapmağa çalışır.

Yerevanda  Ermənistan-Polşa biznes forumu keçirilib və bu forum çərçivəsində erməni məhsullarının, xüsusən də Polşaya ixrac imkanları müzakirə edilib.

Jurnalit ilə söhbətində Polşanın “HAYWAY GROUP” şirkətinin təsisçisi və baş direktoru Artur Levandovski bildirib ki, erməni və polşalı iş adamları arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək işgüzar təmaslar baş tutub.

“Hazırda danışıqlar gedir və praktiki addımlardan biri də o olacaq ki, iyunun sonunda erməni əriyi ilə yüklənmiş 20 yük maşını Polşaya yola düşəcək.

Məhsulların mümkün qədər tez Polşaya ixrac edilməsi üçün müvafiq sertifikatların alınması istiqamətində işlər aparılır. Biz ərik ixracı ilə başlayacağıq”— deyə Levandovski bildirib.

Bir neçə gün əvvəl Rusiya Ermənistandan gətirilən meyvələrin, o cümlədən qaysı idxalına məhdudiyyətlər tətbiq etmişdi.

Rusiyanın erməni məhsullarının idxalına qoyduğu məhdudiyyət və qadağalar fonunda Avropa Birliyi artıq Ermənistana dəstək paketi hazırladığını bəyan edib.

Bu paket çərçivəsində Ermənistan 50 milyon avro məbləğində maliyyə yardımı alacaq, həmçinin erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması üçün əlavə tədbirlər görüləcək.

Daha çox göstər
Back to top button