
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi ilə bağlı ikitərəfli qərar Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri yekun yekunlaşdırıldıqdan sonra qəbul ediləcək.
Alınan məlumata görə, Rusiya “RİA Novosti” agentliyinin verdiyi xəbərdə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, seçki prosesləri başa çatanadək Ermənistanın Baş nazirinin ölkənin daxili məsələləri ilə məşğul olacağı fikrini söyləyib. “Sonra isə, seçkidən sonrakı vəziyyətin yekunlaşmasından asılı olaraq, artıq ikitərəfli səviyyədə qərar qəbul edəcəyik” – deyə Peskov Paşinyan və Putinin görüşünün mümkün planları haqqında sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, RF Prezidenti Vladimir Putin hələlik iyunun 7-də keçirilmiş parlament seçkilərində partiyasının qələbəsi münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyanı təbrik etməyib.
RF Prezidentinin mətbuat katibi iyunun 9-da bildirmişdi ki, Rusiyada seçkilərin rəsmi nəticələrinin dərc olunmasını gözləyirlər.
Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə əsasən, üç siyasi qüvvə parlamentə daxil olur: “Mülki müqavilə”partiyası, “Güclü Ermənistan” bloku və “Ermənistan” bloku.
İlkin məlumata görə, “Mülki müqavilə”partiyası 727 min 827 səs və ya 49,825 faiz toplayıb. Topladığı səslər sayəsində partiya parlamentdə çoxluq təşkil edəcək və hökuməti formalaşdıracaq.
“Güclü Ermənistan” bloku 340 min 088 səs (23,281 faiz), “Ermənistan” bloku isə 145 min 113 səs (9,934 faiz) toplayıb.
Keçid həddi olan 4 faizə çox yaxın “Çiçəklənən Ermənistan” partiyasıdır. İlkin nəticələrə görə, “Çiçəklənən Ermənistan” partiyası 3,996 faiz səs toplayıb. Parlamentə daxil olmaq üçün partiyaya 0,004 faiz bəndi çatışmır.
“Çiçəklənən Ermənistan” partiyası daha əvvəl bir sıra seçki məntəqələrində təkrar sayım aparılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyini bildirmişdi.
Təkrar sayımın zəruriliyini digər siyasi qüvvələr də bəyan etmişdilər.







