BaşlıcaSiyasət

Paşinyan: “Əgər KTMT üzvü ölkələr Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə alacağıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT çərçivəsində Ermənistanın üzvlük haqlarını ödəməməsi və bunun mümkün nəticələri ilə bağlı açıqlamalara toxunub.

“KTMT ilə bağlı şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən xaric edilmə mexanizmi var və fəaliyyət göstərir. Əgər üzv ölkələr Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə almağa məcbur olacağıq. Başqa çarəmiz yoxdur” – deyə jurnalistlərlə brifinqdə Paşinyan jurnalistin “KTMT-dən üzv dövləti xaric etmə proseduru mövcuddurmu və Ermənistanla bağlı belə bir məsələ yarana bilərmi?” sualını cavablandırarkən  qeyd edib..

İyunun 8-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın 2025-ci ildə KTMT-yə üzvlük haqqı ödəmədiyini bəyan edərək, Ermənistanın təşkilatın fəaliyyətində iştirak etmədiyini izah edib.

Ermənistan 2024-cü ilin fevralından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dondurub. Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov iyunun 10-da bəyan edib ki, KTMT üzvü ölkələr Ermənistan tərəfindən üzvlük haqlarının ödənilməməsi səbəbindən təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiqi imkanını müzakirə ediblər.

 Dərc edilən məlumata görə, söhbət maliyyə öhdəliklərini yerinə yetirmədikdə üzv dövlətin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola biləcək müddəalardan gedir.

Daha çox göstər
Back to top button