BaşlıcaSiyasət

Paşinyan Rusiyaya səfəri haqqında: “Əgər dəvət olsa, gedərəm, bu dəvəti rədd etmərəm”

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiyaya səfərlə bağlı anlaşmanın olduğunu, lakin səfər üçün dəvət olmalı olduğunu bəyan edib. Alınan məlumata görə, Paşinyan bu barədə jurnalistlərlə brifinqdə jurnalistin “Yaxın vaxtlarda Rusiyaya səfər edib Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəksinizmi?” sualını cavablandırarkən deyib.

“Rusiyaya səfərlə bağlı anlaşma olub, amma getmək üçün dəvət olmalıdır. Əgər dəvət olsa, gedərəm, bu dəvəti mütləq rədd etmərəm” – deyə Paşinyan bildirib.

Daha əvvəl Paşinyan Rusiya prezidenti Vladimir Putinlə yaxın vaxtlarda görüş imkanı barədə bəyanat vermişdi. Aprelin 9-da jurnalistlərlə söhbətində o, Putinlə növbəti görüşün iyunun ikinci yarısında baş tutacağını qeyd etmişdi.

 Baş nazir həmçinin Ermənistan və Rusiya münasibətlərinin konstruktiv transformasiya mərhələsində olduğunu və erməni tərəfinin dostluq dialoqu məntiqindən yayınmayacağını bildirmişdi.

Daha çox göstər
Back to top button