BaşlıcaBeynəlxalq

Türkiyənin Prezidenti Nikol Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik edib

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Nikol Paşinyana parlament seçkilərində “Mülki Müqavilə” partiyasının qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Xalqımın və şəxsən öz adımdan Sizi 2026-cı il iyunun 7-də Ermənistan Respublikasında keçirilmiş parlament seçkilərində Sizin rəhbərlik etdiyiniz “Mülki Müqavilə” partiyasının qazandığı uğur münasibətilə səmimi-qəlbdən təbrik edir və üçüncü dəfə hökumət formalaşdırmaqda uğurlar arzulayıram.

Mən tamamilə əminəm ki, regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar edilməsi və bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi ilə bağlı Sizin strateji baxışınız uğurla başa çatacaq.

Fürsətdən istifadə edərək, Sizə yenidən cansağlığı və firavanlıq, Ermənistan xalqına isə rifah və xoşbəxtlik arzulayıram”.

Daha çox göstər
Back to top button