Başlıcaİctimaiyyət

ER  Baş naziri Nikol Paşinyan dünyanın aparıcı universitetlərinin məzunlarını hökumətin kadr bankına daxil olmağa dəvət edir

ER  Baş naziri Nikol Paşinyan dünyanın aparıcı universitetlərinin məzunlarını hökumətin kadr bankına daxil olmağa dəvət edir

Alınan məlumata görə, ER  Baş naziri bu barədə “Facebook” səhifəsində yazıb.

“Dünyanın aparıcı universitetlərinin hörmətli məzunları, hamınızı Ermənistan Respublikası Hökumətinin kadr bankına daxil olmağa dəvət edirəm.

Dəvətim QS World University Rankings, Times Higher Education (THE) və ya Academic Ranking of World Universities (ARWU, Shanghai Ranking) beynəlxalq reytinqlərinə əsasən dünyanın ən yaxşı 200 universitetindən birində təhsil almış və Ermənistan Respublikasının dövlət idarəetmə sistemində iştirak etməyə hazır olan şəxslərə aiddir.

Əgər maraqlanırsınızsa, xahiş edirəm tərcümeyi-halınızı (CV) [email protected] elektron poçt ünvanına göndərin.

Tərcümeyi-hala həmçinin ən çoxu bir səhifəlik motivasiya məktubu da əlavə etmək lazımdır. Birinci mərhələdə ərizələrin qəbulu müddəti:

2026-cı il iyunun 15-dən iyulun 15-dək. İlkin seçimi keçən namizədlər görüşə dəvət olunacaqlar. Kadr bankına daxil edilənlərə qarşıdakı bir il ərzində konkret iş təklif olunacaq” – deyərək Paşinyan yazıb.

Daha çox göstər
Back to top button