BaşlıcaSiyasət

Hikmət Hacıyev Ermənistana quru sərhədin delimitasiya olunmuş hissəsindən daxil olub

ER  Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Dilican şəhərində Ermənistan və Azərbaycan arasında sülh gündəminə aid məsələləri müzakirə ediblər.

Təhlükəsizlik Şurası katibi ofisinin  verdiyi eksklüziv şərhdə Hacıyevin Ermənistana necə daxil olduğunu izah edib.

SUAL: – Təhlükəsizlik Şurası katibinin ofisinin yaydığı mətbuat xəbərindən bildik ki, Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistana gəlib. Xahiş edərdik ki, cənab Hacıyevin Ermənistana necə daxil olduğunu dəqiqləşdirəsiniz.

CAVAB:  – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və onu müşayiət edən nümayəndə heyəti Ermənistana quru sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən, bütün müvafiq prosedurları keçməklə daxil olublar.

Səfər zamanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüş baş tutub, bu görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh gündəminə aid məsələlər müzakirə olunub.

Daha çox göstər
Back to top button