
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatları və İran arasında sülh sahəsində əldə olunmuş razılaşmanı alqışlayıb.
Alınan məlumata görə, Ermənistanın Baş naziri bu barədə “X”mikrobloqundakı paylaşımında qeyd edib.
“Birləşmiş Ştatlar və İran arasında əldə olunmuş razılığı alqışlayırıq. Biz Pakistanın, Qətərin, Türkiyənin və digərlərinin vasitəçilik səylərini yüksək qiymətləndiririk” — deyə Nikol Paşinyan vurğulayıb.
Ermənistanın Baş naziri həmçinin ümidvar olduğunu bildirib ki, bu mühüm hadisə Yaxın Şərqdə hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına yol açacaq.
Birləşmiş Ştatlar və İran arasında sülh danışıqları iyunun 14-də başa çatıb, saziş isə iyunun 19-da İsveçrədə imzalanacaq.
İranla sülh sazişi üzrə razılığın əldə olunması barədə iyunun 15-də ABŞ Prezidenti Donald Tramp bəyanat verib.







