
Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri Yerevanın demokratiyaya, sülhə və regionda genişlənmiş əməkdaşlığa, həmçinin Avropa ilə daha sıx əlaqələrə möhkəm sadiqliyini nümayiş etdirir.
Alınan məlumata görə, bu barədə Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Instagram” səhifəsindəki paylaşımda bildirib.
Kallas, AB Xarici İşlər nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla görüş zamanı AB üzvü ölkələrin xarici işlər nazirlərinin Ermənistanı iyunun 7-də parlament seçkilərində demokratik suveren səsvermə hüququnu reallaşdırdığına görə təbrik etdiklərini bildirib.
Bu səsvermə Ermənistanın demokratiyaya, sülhə və regionda genişlənmiş əməkdaşlığa, həmçinin Avropa ilə daha sıx əlaqələrə möhkəm sadiqliyini nümayiş etdirdi” – deyə Kaya Kallas yazıb.
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan işgüzar səfərlə Lüksemburqa gedib – AB üzvü dövlətlərin xarici işlər nazirləri şurasının iclası formatında müzakirədə iştirak etmək üçün.
Mirzoyan həmçinin AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə də görüşüb.
Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 14-də iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini yekunlaşdırıb. Seçkilərin nəticələrinə görə, parlamentə : “Mülki müqavilə”partiyası – 64 mandat, “Güclü Ermənistan” bloku – 29 mandat və “Ermənistan” bloku – 12 mandatla 3 siyasi qüvvə keçib.







