BaşlıcaBeynəlxalq
Lüksemburqda Ermənistan və Almaniyanın XİN rəhbərləri görüşüblər

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə görüşüb. Verilən məlumata görə, bu barədə Ermənistanın Xarici işlər nazirliyi məlumat yayıb.
Xarici İşlər nazirliyi həmçinin qısa video da dərc edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan işgüzar səfərlə Lüksemburqdadır və burada Avropa Birliyinin XİN rəhbərləri Şurasının iclası çərçivəsində keçirilən müzakirədə iştirak edir.







