
Ermənistanın Müdafiə naziri Suren Papikyan Parisdə Fransanın Silahlı Qüvvələr və Veteranlar üzrə naziri Katrin Votren ilə görüşüb.
Votren Papikyanı parlament seçkilərində “Mülki Müqavilə” partiyasının qələbəsi münasibətilə təbrik edib.
Verilən məlumata görə, Ermənistanın Müdafiə naziri görüş barədə “Facebook” səhifəsində qeyd edib və video da yayımlayıb:
“Ermənistan-Fransa əməkdaşlığının gedişini, formalaşmış səmərəli tərəfdaşlığın sonrakı möhkəmləndirilməsini və inkişafını vacib sayaraq yüksək qiymətləndirmişik
Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın gedişinə, inkişafına və dərinləşməsinə, habelə regional və beynəlxalq təhlükəsizliyə aid bir sıra məsələlərə toxunmuşuq”– deyə Suren Papikyan yazıb.







