
Verilən məlumata görə, bu barədə İrandakı Ermənistan səfirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Ermənistan və İran arasında ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişafı, ticarətin asanlaşdırılmasına yönəlmiş addımların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə Meğri-Norduz sərhəd keçid məntəqələrinin fəaliyyəti, sərhəd prosedurlarının təkmilləşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması imkanlarına toxunulub.
Bildirilib ki, bu kontekstdə tərəflər iki ölkənin gömrük orqanları arasında mövcud olan sıx qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.







