
Sidneydə fəaliyyət göstərən İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace) 2026-cı il üçün Qlobal Sülh İndeksini dərc edib.
163 ölkə arasında Ermənistan 51-ci yeri tutub – bir il ərzində mövqeyini birdən-birə 21 pillə yaxşılaşdıraraq.
Ermənistanın ümumi balı 1.825 baldır, Azərbaycan isə 2.142 balla– səkkiz pillə geriləyərək 110-cu yerdədir.
Qlobal Sülh İndeksi dövlətləri 23 göstərici üzrə üç əsas istiqamətdə qiymətləndirir: ictimai təhlükəsizlik və təminat, davam edən daxili və beynəlxalq münaqişələr, habelə hərbiləşmə.
Hesabat artıq 20-ci ildir dərc olunur və dünyada sülh səviyyəsini qiymətləndirən ən nüfuzlu tədqiqatlardan biri hesab olunur.
Hesabatın müəllifləri qeyd edirlər (sitata):
“Ermənistan Şərqi Avropa və Mərkəzi Asiya regionunda sülhün ən böyük yaxşılaşmasını qeydə almış ölkələrdən birinə çevrilib.
Ermənistanın ümumi balı təxminən 4 faiz yaxşılaşıb. Ən böyük irəliləyiş “ictimai təhlükəsizlik və təminat” komponentində qeydə alınıb – 9,3 faiz yaxşılaşıb.
Zorakı etirazlar və siyasi terrorizm riskini qiymətləndirən göstəricilər də əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Davam edən münaqişələr” komponenti də kiçik müsbət dəyişiklik qeydə alıb”.
İnstitut Ermənistanın irəliləyişini Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə əlaqələndirir. Hesabatda qeyd olunur ki, 2025-2026-cı illərdə sərhədin delimitasiyası işləri davam edib, bir sıra razılaşmalar əldə olunub ki, bu da ümumi sülh göstəricisinin yaxşılaşmasına kömək edib.
Parlamentin “Mülki Müqavilə” fraksiyasının deputatı Arman Yeğoyan “Facebook” səhifəsində yazıb ki, hesabat qeyd edir: Ermənistan və Polşa dünyada ən böyük yaxşılaşma qeydə almış dövlətlərdir.
“Maraqlıdır ki, “ictimai təhlükəsizlik və təminat” alt-indeksi üzrə Ermənistan dünyada 36-cı yerdədir – dərhal Almaniya, Slovakiya və İspaniyanı izləyir”.
Ermənistan mövqelərini yaxşılaşdırdığı halda, Azərbaycan regionda sülhün ən böyük pisləşməsini qeydə alıb.
Hesabata görə, bunun əsas səbəbləri davam edən münaqişələr göstəricisinin pisləşməsi, İranla artan gərginlik, silah idxalının kəskin artması və hərbi xərclərin davamlı olaraq artmasıdır.
Təkcə müdafiə büdcəsi 2026-cı ildə təxminən 4 faiz artaraq təxminən 5,1 milyard dollara çatıb.
Buna baxmayaraq, baş nazir Nikol Paşinyan seçkilər öncəsi bəyan etmişdi ki, 2026-cı il sülh üçün həlledici əhəmiyyət kəsb edəcək.
“Həlledici əhəmiyyət kəsb edir, o cümlədən sülh məntiqində, biz öz hərəkətlərimizin ideologiyasının mərkəzinə dövlətçiliyi və dövləti qoyuruq, çünki dövlətçilik və dövlət həlledici əhəmiyyət kəsb edir, o cümlədən sülh gündəliyinin xidmətində.
Həqiqi Ermənistan ideologiyası deyir ki, Ermənistan Respublikası mahiyyətcə beynəlxalq tanınmış ərazisi ilə bu baxımdan özünü təmin edəndir.
Və onun vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini, rifahını və xoşbəxtliyini təmin etməkdir və bütün strategiyalarımız – o cümlədən təhlükəsizlik, müdafiə və s. – bu məntiqə uyğunlaşır”.
Hesabatın məlumatları Ermənistanın təhlükəsizliyi baxımından da birmənalı şərh olunmur. Əgər Ermənistan daha sülhsevər olursa, onun əsas təhlükəsizlik təhdidi sayılan Azərbaycan isə daha az sülhsevər olursa, bu, özlüyündə hələ Ermənistanın xarici təhlükəsizlik mühitinin daha proqnozlaşdırıla bilən olduğunu ifadə etmir.
Əksinə – qonşu ölkənin hərbiləşməsinin və silahlanmasının davamlı artması, hətta diplomatik proses müəyyən irəliləyiş qeydə alsa belə, regional təhlükəsizliyin mühüm çağırışlarından biri olaraq qalır.







