
TRIPP layihəsinin həyata keçirilməsi iş mərhələsindədir. Onun həyata keçirilməsi yolunda heç bir siyasi və ya maliyyə maneəsi yoxdur.
Armenpress-in məlumatına görə, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Davam edən iş prosesi var. Gündəlik deyilsə, ən azı həftəlik: mühəndislik, dizayn, maliyyə və logistika məsələləri müzakirə olunur. Başqa sözlə, proses irəliləyir və texniki problemlər mane olmazsa, bu il tikinti işlərinin yerində görülməsini istəyirik”, – deyə Baş nazir qeyd edib.
Ermənistan-ABŞ əməkdaşlığına toxunan Paşinyan bildirib ki, yaxın gələcəkdə vacib ikitərəfli sənədi ratifikasiya etmək və onun praktiki həyata keçirilməsi mərhələsinə keçmək planlaşdırılır. Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini 4 iyunda imzalayıblar.







