
Rusiya Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana daha bir partiya buğda göndərir.
Bu barədə Azərbaycan APA agentliyi məlumat verib. Qeyd olunur ki, Ermənistana 976 ton ağırlığında 14 vaqon buğda göndərilir.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə 35 min tondan çox buğda, təxminən 8 ton gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Agentlik həmçinin bildirir ki, hazırda Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı və təxminən 5 min tondan benzin göndərilib.







