BaşlıcaMədəniyyət
Yerevan Zooloji Parkının yeni sakinləri var

Yerevan Zooloji Parkında ziyarətçilər artıq vəhşi pişiklərin unikal nümayəndələrini – Mano və Nano adlı manulları görə bilərlər.
Zooparkdan bildirilib ki, manul Ermənistanın heyvanlar aləmi üçün də xüsusi əhəmiyyət kəsb edir.
“Əvvəllər bu növ Ermənistanda da rast gəlinirdi, lakin uzun müddət növ haqqında yeni məlumatlar olmayıb və o, respublikada yoxa çıxmış hesab olunurdu.
Hazırda ölkəmizdə onun mövcudluğunu aşkar etmək və yeni qeydiyyatlar aparmaq məqsədilə tədqiqat işləri aparılır” – deyə bəyanatda qeyd olunub.

Mano və Nano qırmızımtıl manul yarımnövünün nümayəndələridir və hazırda yalnız Yerevan Zooloji parkında nümayiş etdirilirlər.







