BaşlıcaSiyasət

Nikol Paşinyan Yekaterinburqda Mixail Mişustinlə görüşü barədə fikirlərini bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda Rusiya Baş naziri Mixail Mişustinlə görüşü barədə fikirlərini bildirib. “Armenpress”in məlumatına görə, 9 iyulda hökumətdə jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan Baş naziri Rusiya Federasiyası Hökumətinin başçısı ilə açıq, səmimi və mehriban müzakirə apardığını qeyd edib.

“Bir sıra razılaşmalar əldə edilib ki, onların təfərrüatlarını hazırda dərc etmək istəmirəm. Gəlin onların həyata keçirilməsini gözləyək və nəticələrini özünüz görəcəksiniz”, – deyə Paşinyan bildirib.

Nikol Paşinyan və Mixail Mişustin 6 iyulda Yekaterinburqda “İnnoprom” beynəlxalq sənaye konfransı çərçivəsində görüşüblər.

Daha çox göstər
Back to top button