BaşlıcaMədəniyyət

Ermənistanın müxtəlif yaşayış məntəqələrində turizm klasterlərinin inkişafı üçün 120 milyon avroluq investisiya nəzərdə tutulur

Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan iyulun 10-da Dünya Bankının Ermənistan nümayəndəliyinin rəhbəri Fabritsio Zarkoneni qəbul edib.

 Alınan məlumata görə, bu barədə Ermənistan Respublikasının İqtisadiyyat nazirliyi məlumat yayıb.

Görüş zamanı Turizm və Regional İnfrastrukturun Təkmilləşdirilməsi (TRIP) proqramının gedişi müzakirə olunub.

Tərəflər təşəbbüsün turizmin inkişafı və regional infrastrukturun müasirləşdirilməsindəki rolunu vurğulayaraq, nəzərdə tutulan tədbirlərin səmərəli və vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

TRIP proqramı ilə Qoris, Areni, Cermuk, Yeğeqis, Dvin, Gümrü və Dilican turizm klasterlərinin inkişafı üçün 120 milyon avroluq investisiya nəzərdə tutulur.

 Proqram şərabçılıq, kurort, macəra, mədəniyyət, təhsil və ekoturizmin inkişafını təşviq etmək, Ermənistanın turizm cəlbediciliyini və regionların rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Daha çox göstər
Back to top button