BaşlıcaEkonomika

Taquhi Qazaryan:  “Tsarukyan başa düşüb ki, böyük pullarla bağlı cinayət işləri başlayıb, müdafiə olunmağın ən yaxşı yolu siyasətə girmək idi”

ER Parlamentinin “Mülki Müqavilə” fraksiyasının deputatı Taquhi Ğazaryanın fikrincə, müxalifət xadimlərinə qarşı açılmış cinayət işlərinin çoxluğu siyasi təqib deyil, cinayət aləmi nümayəndələrinin siyasətdən bir “qalxan” kimi istifadə etmələrinin nəticəsidir.

Müxalifət xadimlərinə, o cümlədən Qagik Tsarukyan, Robert Koçaryan, Areqnaz Manukyan və digərlərinə qarşı cinayət işlərinin çoxluğunun nə ilə bağlı olduğu və bunun qisasçılıq olub-olmaması barədə suala Taquhi Ğazaryan belə cavab verib:

“Ermənistanda cinayət təqibi altında olan çox sayda insan var və onların bəziləri siyasi fəaliyyəti qalxan kimi istifadə edirlər, bu da yeni bir şey deyil.

Qısa ifadə etsək, sadəcə olaraq cinayətkarlar siyasətlə məşğul olurlar, ona görə də elə alınıb ki, siyasi xadimlər cinayət təqibləri ilə üzləşirlər.

Cinayətkarlar müxalif siyasi fəaliyyətlə məşğul olmağa meyllidirlər, o cümlədən varlı cinayətkarlar, çünki siyasi fəaliyyət üçün həm də pul lazımdır”.

Hakimiyyətin bu addımlarla müxalifəti zəiflətmək məqsədi güdməsi barədəki mülahizəyə toxunan deputat qeyd edib:

“Müxalifəti zəiflətməyə xüsusi ehtiyac yoxdur, müxalifət onsuz da zəifdir. Başqa məsələdir ki, o özünü güclü adlandırır, amma müxalifət zəifdir və bu, əlbəttə ki, hamımız üçün çox pisdir.

Problem ondadır ki, o zəif olduğu üçün həbs edilir, həbs edildiyi üçün zəifləmir. Yəni siyasi cəhətdən zəif, cinayət məntiqi baxımından isə güclüdür”.

Hakimiyyətin rusiyapərəst yönümlü qüvvələri hədəf aldığı və bununla da Rusiyanın təsirinə qarşı mübarizə apardığı iddiasına cavab olaraq Ğazaryan etiraz edib:

“Yəqin Rusiya narahat olmalıdır ki, niyə cinayətkarlar Ermənistanda özlərini Rusiya ilə əlaqələndirməyə çalışırlar. Niyə Edmon Marukyan çirkli pulların yuyulması işi ilə keçmir?

Yaxud niyə Gurgen Simonyan 2 milyard vergi yayındırma işi ilə keçmir? Yaxud niyə Mikayel Minasyan dövlətə xəyanət maddəsi ilə keçmir? Niyə bu, digər siyasi qüvvələrlə baş vermir?”

Taquhi Ğazaryan hakimiyyətin Qərbin sifarişi ilə Rusiyanı regiondan sıxışdırıb çıxarması fikrini də təkzib edib:

“Mən prinsipial olaraq iki ifadə ilə razı deyiləm: Qərbin diktəsi ilə və Rusiyanı sıxışdırıb çıxarmaqla. Ermənistan ətrafında, Ermənistan üçün, Ermənistan haqqında etdiyimiz hər şey bizim daxili proseslərimizin nəticəsidir, daxili qərarlarımızın nəticəsidir”.

ATƏT-in baş katibinin rusiyalı pranksterlərlə (zarafatcıl telefonçularla) olan danışığından bəhs edərkən — harada ki, sonuncu Paşinyana katolikosla mübarizədə kömək edəcəyinə söz verir — və bunun hakimiyyətin Qərb strukturlarının dəstəyindən istifadə etdiyinə dair bir sübut olması barədəki mülahizəyə Ğazaryan belə qeyd edib:

“Görmüsünüzmü, Narek Karapetyan öz yutub kanalında bu verilişi nə vaxt qeydə alıb; həmin “Birinci Kanal”ın buraxılışından əvvəl, yoxsa sonra?

Əvvəl. Aydındır ki, bu, Narek Karapetyanın mənbələrindən əldə edilmiş məlumatdır… Amma rus pranksterlər ATƏT-in türkiyəli rəsmisinə zəng edib, Ermənistan kilsəsi haqqında soruşublar. Bağışlayın, rus pranksterlər elə bilirlər ki, ermənilər müsəlmandır?.

 Türkiyəli rəsmiyə Opostol kilsəsi və sair haqqında sual formalaşdırmaq üçün bu qədər şeyi təsəvvür etməyə prankster yox, agent olmaq lazımdır. Gərək bir az ciddi olaq”.

Daha çox göstər
Back to top button