BaşlıcaSiyasət

Suren Papikyan “TORQ”, “MIHR” və “Atlant” sistemləri ilə hərbçilərin təlimlərinə dair kadrlar yayıb

Ermənistanın Müdafiə naziri Suren Papikyan “Facebook” səhifəsində “Zinuj media”nın Ermənistan ordusunun hərbi qulluqçularının “TORQ” obusları, “MIHR” özüyeriyən artilleriya qurğuları və yerli istehsal olan “Atlant” sistemləri ilə təlimlərinə dair repotajını yayıb.

Repotajda bildirilir ki, poliqona “TORQ” artilleriya özüyeriyən obusu daxil olub, bu, silahlı qüvvələrin yeni təchizatlarından biridir və artıq bir neçə aydır ki, təlim prosesinə cəlb olunub.

 Batareya komandiri Gurgen Hayrapetyan bildirib ki, ixtisasca memar-konstruktordur, lakin ehtiyatda olan zabitlərin toplantılarında iştirak etdikdən və yeni təchiz olunan silah növlərini gördükdən sonra mülki işini tərk edib.

 Müdafiə nazirliyi ilə müqavilə bağlamaq qərarına gəlib.

“Bu, dağlıq şəraitimizdə istifadəsi çox rahat olan artilleriya vasitəsidir. Uzun müddətdir ki, batareya komandiri kimi bu texnika ilə işləyərək onu əla hesab edirəm.

 Bu cür texnikanın ordumuza daxil edilməsi əslində bizim üçün böyük inqilab idi” – deyə Hayrapetyan bildirib.

Repotajda qeyd olunur ki, heyət poliqonda növbə ilə tapşırığı yerinə yetirir: hərbi qulluqçular təyin olunmuş mövqeləri tutur, texnika döyüş hazırlığına gətirilir və əməliyyatlar dəqiq ardıcıllıqla həyata keçirilir.

“TORQ” artilleriya özüyeriyən obusu xüsusi obyektləri məhv etmək, atəş vasitələrini yatırmaq və müxtəlif atəş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Bildirilir ki, yeni nəsil artilleriya kompleksinin idarəetmə imkanları vəziyyətin dəyişməsinə tez reaksiya verməyə və tapşırıqların icrasının səmərəliliyini artırmağa imkan verir.

Müddətli həqiqi hərbi xidmət hərbçisi Karpis Avetisyanın sözlərinə görə, texnika avtomatlaşdırılıb və inertial naviqasiya sistemi ilə işləyir.

“Ordu ən müasir texnika ilə təkmilləşir, irəliləyirik və biz də onlardan ilhamlanırıq” – deyə o, bildirib.

Müddətli hərbi qulluqçu Hayk Mxitaryan isə qeyd edib ki, təxminən 5 aydır ki, hesablama komandiri kimi təhsil alır.

“Öyrənmək üçün səy əsirgəmirik, orduda xidmət etməyi, bu cür texnologiya üzrə təhsil almağı şərəf sayıram” – deyə Mxitaryan bildirib.

Repotajda “MIHR” özüyeriyən artilleriya qurğuları ilə təlimlər də təqdim olunur. Qeyd olunur ki, sistemin heyəti tapşırığın alınmasından tutmuş onun tam yerinə yetirilməsinədək müxtəlif taktiki vəziyyətləri işləyir.

 Hərbi qulluqçular növbə ilə zəruri əməliyyatları yerinə yetirir, mövqe tutmaq, tapşırığı işləmək və yerinə yetirmək bacarıqlarını təkmilləşdirirlər.

Müddətli hərbi qulluqçu Narek Xaçatryanın sözlərinə görə, sistem taktiki sistemin köməyi ilə avtomatik qaydada idarə olunur.

“Avtomatlaşdırılmış sistemlərdə hər şey kompüterlə idarə olunur. Hərbiçi kimi mən qürur hissi keçirirəm ki, dövlətimiz ən yeni, yüksək dəqiqlikli texnologiyalarla təchiz olunub” – deyə o, qeyd edib.

Repotajda vurğulanır ki, “MIHR” sistemi atəş tapşırıqlarını dar, dayaz və keçilməz ərazilərdə də yerinə yetirməyə imkan verir.

Müntəzəm olaraq keçirilən məşğələlər heyətlərə müxtəlif şəraitdə hərəkət etmək və dəyişən vəziyyətlərdə tez yönlənmək imkanı verir.

Həmçinin yerli istehsal olan “Atlant” raket-artilleriya sistemi də təqdim edilib ki, bu da təlim prosesinin bir hissəsidir.

Bu müasir sistemlər uzaq hədəfləri məhv etmək və müxtəlif çətinlik dərəcəli artilleriya tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Repotajda qeyd olunur ki, “Atlant”ın əsas xüsusiyyətlərindən biri heyətin təhlükəsizliyidir: sistem elə tərtib edilib ki, tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların riskə məruz qalma ehtimalı mümkün qədər azaldılsın, eyni zamanda əməliyyatların səmərəliliyi və sürəti qorunsun.

Müddətli hərbi qulluqçu Armen Poğosyanın sözlərinə görə, texnikanı hazırladıqdan sonra heyət sığınacağa çəkilir, koordinatlar alır və zəruri əməliyyatları həyata keçirir.

Repotajda vurğulanır ki, ən müasir silahla təchiz olunmuş bölmələrdə təlim prosesi davamlıdır, müasir silahlanma isə heyətin mənəvi-psixoloji dayanıqlığı üçün mühüm stimuldur.

Daha çox göstər
Back to top button