
Ermənistanda yığılmış birbaşa xarici investisiyaların həcmi 2024-cü ildə 7 milyard 754 milyon dollar təşkil edib. Bu barədə BMT-nin hesabatında deyilir.
Qeyd edək ki, 2000-ci ildə bu göstərici 513 milyon dollar, 2010-cu ildə isə 4 milyard 405 milyon dollar səviyyəsində olub.
2023-cü ildə yığılmış birbaşa xarici investisiyaların həcmi 7 milyard 639 milyon dollar təşkil edib.






