Ermənistanda dil dövlət siyasətinin əsasları təsdiq edilib

ER Təhsil,Elm, Mədəniyyət və İdman nazirinin sərəncamı ilə “Ermənistan Respublikasının dil dövlət siyasətinin əsasları” təsdiq edilib.
Alınan məlumata görə, sənədlə Ermənistanın dil dövlət siyasətinin vizyonu, əsas prinsipləri, həyata keçirilməsi istiqamətləri və nəticələrin qiymətləndirilməsi mexanizmləri müəyyən edilir.
Əsasların məqsədi ölkədə dil müxtəlifliyinin qorunmasına, dillərin canlı mühitinin təmin edilməsinə və davamlı inkişafına yönəlmiş vahid siyasət formalaşdırmaqdır.
Sənəddə inklüzivlik, müxtəlif dilli qrupların sosial-kommunikativ birgəyaşayış mədəniyyətinin möhkəmləndirilməsi və dil müxtəlifliyinin mühafizəsi vurğulanır.
Əsaslar həmçinin rəqəmsal texnologiyaların inkişafı nəticəsində dillərin qarşısında yaranan yeni çağırışlara cavab verməyi nəzərdə tutur.
Təsdiq edilmiş sənəd dil sahəsində gələcək strategiyaların, dövlət proqramlarının və qanunvericilik dəyişikliklərinin hazırlanması üçün əsas olacaq.






