
Aktivlərin müsadirə edilməsi ilə bağlı səs-küylü hadisələr rus elitasının nümayəndələrində dövlətin onların əmlakını müsadirə edə biləcəyi və ya əmanətlərini itirə biləcəkləri ilə bağlı qorxuları artırıb. Bu barədə Bloomberg yazır.
Mənbələrə və sənədlərə görə, bir neçə milyarder bu yaxınlarda bank sektorunun vəziyyəti ilə bağlı narahatlıqlar fonunda Rusiyadan əlavə aktivlər çıxarıb.
Mənbələr qeyd edir ki, ötən il ərzində Rusiyanın ən varlı adamlarından bəzilərində investisiya portfellərinin strukturunda dəyişiklik müşahidə olunub ki, bu da son aylarda sürətlənərək kriptovalyutalara, qızıla, xarici daşınmaz əmlaka və xüsusilə Fars körfəzi ölkələrindəki özəl investisiya fondlarına doğru yönəlib.
Rus milyarderlərin kapitalı xaricə köçürmə üsulları inkişaf edib, çünki ruslar həm Qərb sanksiyalarını, həm də Kremlin diqqətini yan keçmək üçün yeni yollar axtarırlar.
Dubayın kriptohub statusu rus elitasına müxtəlif yurisdiksiyalar arasında pul köçürməyə kömək edib. Getdikcə populyarlaşan digər qeyri-rəsmi marşrutlar isə Ermənistanda, Qazaxıstanda və Qırğızıstanda açılıb.







