DW-nin yeni media layihəsi

“Deutsche Welle” gürcü dilində yeni jurnalist layihəsinə başlayır; AB erməni və azərbaycan dillərində də platformaların yaradılmasını dəstəkləyəcək
Almaniyanın “Deutsche Welle” (DW) ictimai media şirkəti avqustun 3-dən sosial şəbəkələrdə gürcü dilində yeni jurnalist layihəsinə start verəcək.
Təşəbbüs Avropa Birliyinin “European Information Shield” proqramının maliyyələşdirilməsi ilə həyata keçirilir və bu çərçivədə erməni və azərbaycan dillərində də media layihələrinin yaradılması nəzərdə tutulur.
Yeni layihə “Instagram”da fəaliyyət göstərəcək və Gürcüstan, eləcə də Cənubi Qafqazın gürcüdilli auditoriyası üçün nəzərdə tutulub.
DW-nin gürcü redaksiyası həm ölkənin daxili gündəliyini, həm də mühüm beynəlxalq mövzuları işıqlandıracaq.
Gələcəkdə layihənin digər platformalarda da genişləndirilməsi nəzərdə tutulur.
Gürcü dilindəki layihənin startı Avropa İttifaqının “European Information Shield” (“Avropa İnformasiya Qalxanı”) təşəbbüsünün maliyyələşdirilməsi sayəsində mümkün olub.
Proqramın məqsədi müstəqil jurnalistikanı dəstəkləmək və AB üçün strateji əhəmiyyət kəsb edən regionlarda dezinformasiyaya qarşı mübarizə aparmaqdır.
DW-nin gürcücə layihəsi avqustun 3-də başlayacaq. Eyni təşəbbüsün maliyyələşdirilməsi ilə Fransanın “France Médias Monde” (FMM) və Polşanın beynəlxalq “TVP World” yayımçısı erməni və azərbaycan dillərində də jurnalist layihələri yaradacaqlar.
Cənubi Qafqaz üçün nəzərdə tutulmuş hər üç layihə bir-biri ilə əməkdaşlıq edəcək və müntəzəm olaraq məzmun mübariləsi/mübadiləsi aparacaqlar. Maliyyələşdirmə hələlik 18 ay üçün nəzərdə tutulub.
DW-nin baş direktoru Barbara Masing qeyd edib ki, müstəqil jurnalistika demokratiyanın və siyasi iştirakçılığın ən mühüm tərkib hissələrindən biridir.
Onun sözlərinə görə, “France Médias Monde” və “TVP World” ilə əməkdaşlıq Avropanın azad mətbuata və etibarlı informasiyaya dəstəyini gücləndirəcək — özü də onun qiymətləndirməsinə görə, məqsədyönlü şəkildə dezinformasiya kampaniyalarına məruz qalan və xüsusi siyasi, ictimai çağırışlarla üzləşən bir regionda.
Mənbə factor.am







