BaşlıcaMədəniyyət
“Xosrov meşəsi” qoruğunun foto-tələləri Qafqaz bəbirini qeydə alıb

“Xosrov meşəsi” dövlət qoruğunun foto-tələləri Ermənistanın ən gözəl və ən nadir yırtıcılarından birini — Qafqaz bəbirini qeydə alıb. “Armenpress”in verdiyi məlumata görə, bu barədə öz “Facebook” səhifəsində Ermənistanın Ətraf Mühit Naziri Hambardzum Matevosyan yazaraq video da paylaşıb.
«Ermənistanın zəngin biomüxtəlifliyinin növbəti sübutu: “Xosrov meşəsi” dövlət qoruğunun foto-tələləri Ermənistanın ən gözəl və ən nadir yırtıcılarından birini — Qafqaz bəbirini qeydə alıb. Bu müstəsna kadrlar bir daha təsdiqləyir ki, ölkəmizin təbiəti öz bioloji müxtəlifliyinin unikal dəyərlərini qorumaqda davam edir, həyata keçirilən mühafizə tədbirləri isə hiss olunacaq nəticələr verir», — deyə Matevosyan yazıb.







