İctimaiyyət
Gəncənin icra başçısına silahlı hücum

Gəncə şəhər icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.
Gəncənin icra başçısı Elmar Vəliyevə Yunis Səfərov adlı şəxsin atəş açdığı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.
Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.







